İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev: "Bu nə sualdır verirsiz?"

İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev: "Bu nə sualdır verirsiz?"
GƏNCLİK
19:14 19.11.2011
3796
Bir neçə gündür mətbuat kafedra müdiri olan nazirlərin, komitə sədrlərinin, deputatların, yəni bir neçə vəzifəni icra edənlərin siyahısını dərc edir. AzadlıqRadiosu həmin kafedra müdirlərindən biri ilə söhbət etməyə qərar verib. Telefon xəttində Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, İqtisad Universitetinin rektoru, eləcə də həmin universitetin beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri Şəmsəddin Hacıyevdir. Ona bir sualı iki dəfə təkrarlamalı oldum: - Həm deputat, həm rektor, həm də kafedra müdiri olmaq çətin deyil ki, bir neçə vəzifənin öhdəsindən gəlmək olurmu? - Bu nə sualdır verirsiz? Ümumiyyətlə başa düşmürəm. Əgər çatdıra bilmirəmsə, niyə işləyirəm? Həmin dəqiqə istefa verərəm. - Amma yəqin ki, tez-tez ezamiyyətlərdə, səfərlərdə olursuz. Bu, mane olmur ki? İşçilər bundan sui-istifadə etmirlər ki? - Mən ezamiyyətlərdə ildə bir dəfə oluram. Hökumət nümayəndəsinin tərkibində, ildə bir-iki dəfə. Daim işimin üstündə oluram. Burda bir xatırlatma. Bu günlərdə professor Rafiq Əliyev Dövlət Neft Akademiyasında avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri vəzifəsindən çıxarıldı. Neft Akademiyasının prorektoru Qasım Məmmədov «Mediaforum» saytına bunun səbəbini belə izah edib: «Rafiq Əliyev son vaxtlar uzunmüddətli xidməti ezamiyyətlərə gedir, ona görə də kafedranın idarə olunmasında müəyyən problemlər yaranıb... Kafedra müdiri yerində olmayanda, təbii ki, işçilər də bundan sui-istifadə hallarına yol verirlər. Zəng edirsən, lazım olan işçini də yerində tapmaq olmur». «BU «PROQUL»DUR... NİYƏ ŞİŞİRDİRSİZ?» Şəmsəddin Hacıyev bu haqda deyir: - Əgər sui-istifadə hallarına yol verirsə, işə az gəlirsə, vəzifə borcunu yerinə yetirmirsə, rəhbərlik neyləməlidir? Yaxşı alim də olmaq olar, yaxşı ziyalı da, insan da. Amma bir nömrəli vəzifə işini görməsidir. Bu vəziyyətdə rektor nə etməlidir? Əmək Məcəlləsinə görə, işçi bir gün ərzində müəyyən miqdarda öz iş yerində olmasa, bu nə sayılır? Keçmiş vaxtlarda buna «proqul» deyirdilər, yəni bu, işdən yayınmadır. Onda Əmək Məcəlləsinə görə, o işçi cəzalandırılmalıdır. Mən iki-üç gün işə gəlməsəm, bəyəm mənə dözməlidirlər? Bu nə deməkdir? Kimliyindən asılı olmadan... Bu ziyalıdır, alimdir, haçansa nəsə yazıb, lap yaxşı, əla. Niyə şişirdirsiz bunu? Üzrlü səbəb olmalıdır işə gəlməməsi üçün. - Amma o, elmi ezamiyyətlərdə olur. - Mən bilmirəm hansı ezamiyyətdə olub. Ümumən deyirəm ki, üzrsüz səbəbdən işdə olmursa, cəzalandırılmalıdır. - Amma Şəmsəddin müəllim, eyni zamanda nazir olub kafedra müdiri olanlar var, deputat olub kafedra müdiri olanlar var. Necə olur ki, beş yerdə işləyənlər çatdırır, həmin kafedralarda özbaşınalıq yaranmır. Məhz Rafiq Əliyevin kafedrasında özbaşınalıq yaranır. Bu qərəz deyilmi? - Mən öz universitetimizin misalında deyə bilərəm ki, başqa yerdə işləyib, bizdə tam ştatda olan işçi yoxdur. Əvəzçiliklə işləyənlər ola bilər. 900 nəfər professor-müəllim arasında 1-2 nəfər ola bilər. - Siz özünüz də kafedra müdirisiz İqtisad Universitetində. - Yox, kafedra müdirliyini artıq başqa adam icra edir. - Yəni müdirlikdən getmisiz?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib