İqtisad Universitetinin rektoru yeni tədris ili ilə bağlı görüş keçirdi

İqtisad Universitetinin rektoru yeni tədris ili ilə bağlı görüş keçirdi
Bütün Xəbərlər
15:21 08.09.2014
1134

ADİU-nun rektoru yeni tədris ilinə hazırlıqla bağlı görüş keçirib

ADİU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru ilə 2014/2015-ci tədris ilinə hazırlıqla bağlı bütün tədris binalarında dekan və kafedra müdirləri ilə görüş keçirilib. Görüşdə qarşıda duran aktual məsələlər müzakirə edilib.

Tədris binalarına baxış zamanı universitetin maddi-texniki bazasının mövcud vəziyyəti, o cümlədən auditoriyaların kompüter,“ağıllı lövhələr” və proyektorlar ilə təchizatına nəzər yetirilib. Tədris binalarının ərazisində  yaradılan yüksək sürətli internet şəbəkəsinin vəziyyəti ilə tanış olunub.

Tədris prosesinə hazırlıqla bağlı geniş müzakirələr aparılıb. Tədrisin keyfiyyəti və dərs yükü bölgüsünün normaya uyğunluğu, tədris-metodiki vəsaitlərin elektronlaşdırılaraq universitetin saytında yerləşdirilməsi, müəllimlərin fərdi işçi planı və tələbələrin fərdi iş planının hazırlıq prosesi nəzərdən keçirilib. Əlavə olaraq, tədris zamanı istifadə edilən dərsliklər və tövsiyyə edilən ədəbiyyat siyahısının universitet kitabxanasında mövcudluğu məsələsinə də baxılıb. Tədris ili boyunca valideynlərlə iş xüsusi diqqətə alınmalı, yeni qəbul olunan tələbələrə qayğı ilə yanaşılmalıdır.

Sentyabr-oktyabr ayları ərzində prorektorlar müvafiq tədris binalarına təhkim olunacaqlar.

 

OXŞAR XƏBƏRLƏR