İqtisad Universitetinin tələbələri imtahanları baykot etdilər

İqtisad Universitetinin tələbələri imtahanları baykot etdilər
Bütün Xəbərlər
13:51 29.03.2012
3978

Bu gün səhər saatlarında İqtisad Universitetinin əsas tədris binasınınönündəbir qrup tələbə semestr imtahanını baykot edib.

Hadisə şahidlərinin AZXEBER.COM-a verdikləri məlumata görə, səhər saatlarında baş verən hadisə zamanı 70-ə yaxın gənc birlikdə etiraz şüarları səsləndirməyə başlayıblar. Hadisənin böyüməsi və ətrafdakı tələbələrin də etiraza qoşulması tədris binasının önündə böyük sıxlığın yaranmasına səbəb olub.

Tələbələrin AZXEBER.COM-a verdikləri məlumata görə, prorektor hadisənin ardından akt zalında tələbələrlə görüşüb və vəziyyəti sakitləşdirməyə çalışıb.

Tələbələrdən bəziləri isə,müəllimlərinqrupları ayrı-ayrı şəkildə kollokvuma salmaq istədiklərini bildirib.

OXŞAR XƏBƏRLƏR