Azərbaycan Tədris Akademiyası (A.S.A) Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ödənişsiz aparıcılıq təlimlərini davam etdirir.
Akademiyadan AZXEBER.COM-a verilən məlumata görə, 29 fevral tarixində A.S.A-da dərs deyən peşəkar telejurnalistlər Nərgiz Cəlilova və İlhamə Novruzova ADİU-nun əsas tədris binasında tələbələrə təlim keçib. Təlimdə iştirak edən tələbələr Azərbaycan telejurnalistikasının bu günkü durumu və onun gələcəkdəki prespektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bir saatdan çox davam edən təlimin ardından təlimçilər tələbələrlə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Azərbaycan Tədris Akademiyası (A.S.A) bundan öncə Xəzər Universitetinin və Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün ödənişsiz aparıcılıq təlimləri keçib.
Şirkətdən verilən məlumata görə bundan sonra da, bu cür təlimləri davamlı şəkildə digər universitetlərdə keçiriləcək.
Əlavə məlumat üçün:
Ünvan: Bakı şəhəri,
A.Gəraybəyli küçəsi, 37A
(Ayna Sultanova heykəlinin yaxınlığında)
Tel.: (012) 562 36 39
Mob.: (070) 399 36 39
E-poçt : [email protected]/* */web-sayt: www.asa.edu.az