İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var

İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var
SOSİAL
09:08 29.04.2026
297
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş aprelin 27-də Qəbələdə mətbuata bəyanatlarla çıxış ediblər. Prezidenti İlham Əliyev çıxışı zamanı cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamlarının gəldiyindən şad olduğunu və keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacağı, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacağını bildirmişdir. "Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir.”
 
Müəllif: Nərgiz Əmiraslanova
Göygöl şəhəri 6 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru
OXŞAR XƏBƏRLƏR