"Azərbaycanda iqtisadi artım yenidən müsbət zonaya keçib”.
Bunu iqtisadçı Eldəniz Əmirov AZXEBER.COM-a açıqlamasında bildirib.
O bildirib ki, birinci rübdə qeydə alınan azalma yenidən artıb:
"Yanvar-aprel aylarında ölkədə 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artıb. Birinci rübdə qeydə alınan 0,3 faizlik azalmadan sonra aprel ayından etibarən iqtisadiyyatda müsbət dinamika formalaşıb.
Neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalaraq 12 milyard 135 milyon manata düşüb. Bunun əsas səbəbi isə ÜDM hesablanarkən neftin satış qiymətinin deyil, hasilat həcminin nəzərə alınmasıdır”.
Ekspert qeyd edib ki, mövcud dinamika qorunarsa, iqtisadi artımın 1,3-1,5 faiz civarında olacağı proqnozlaşdırılır:
"Qeyri-neft-qaz sektorunda isə 0,7 faizlik artım qeydə alınıb və əlavə dəyər 27 milyard 740,1 milyon manata çatıb. mövcud dinamika qorunarsa, 2026-cı ilin sonuna Azərbaycanda iqtisadi artımın 1,3-1,5 faiz civarında olacağı proqnozlaşdırılır”.
Şahanə Ziyad











































