Bu haqda AZXEBER.COM-a İradio-nun texniki işlər üzrə direktoru Sahil Nağızadə məlumat verib. Onun dediyinə görə, “Media Time” adlanan yeni verilişdə Azərbaycan mətbuatının bugünki durumu haqda söhbətlər olacaq. Verilişdə Azərbaycan mediasının tanınmış simaları qonaq qismində iştirak edəcək. “Media Time”-nin ilk qonağı Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525”-ci qəzetin baş redaktoru Rəşad Məcid olacaq. Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təqdimatında “Media Time” hər həftənin cümə günü saat 16.00-da “İRADİO”nun efirində olacaq.