İran ABŞ tankerini Hörmüz boğazında vurdu – Xəbərdarlıqlar məhəl qoymadığı üçün

İran ABŞ tankerini Hörmüz boğazında vurdu – Xəbərdarlıqlar məhəl qoymadığı üçün
DÜNYA
16:52 12.03.2026
252
İran İnqilab Keşikçiləri Korpusu Marşal Adaları bayrağı altında üzən ABŞ neft tankerinə "Safesea Vişnu” Hörmüz boğazının şimalında zərbə endirildiyini bildirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, rəsmi açıqlamada tanker təkrarlanan xəbərdarlıqları qulaqardına vurduğu üçün bu addım atıldığı vurğulanıb.

Açıqlamada həmçinin Fars körfəzi və Hörmüz boğazında gəmi trafikinə artan riskə diqqət çəkilir və ABŞ məsuliyyət daşıdığı bildirilir. İran tərəfi gəmilərin raketlərdən təsirlənməməsi üçün ölkənin dəniz qaydalarına riayət etməli olduğunu vurğulayıb.

İranın ABŞ və İsrailə qarşı qisas əməliyyatları çərçivəsində İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında hərəkət edən gəmilər, xüsusilə ABŞ və İsraillə əlaqəli obyektlər üçün təhlükəsizlik tədbirlərini artırıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR