İran azərbaycanlı Obamaya qadağa qoydu - VİDEO

İran azərbaycanlı Obamaya qadağa qoydu - VİDEO
Bütün Xəbərlər
17:59 04.06.2012
2662
İran, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın oxşarı olan azərbaycanlı Asif Mustafayevin İrana girişini qadağan edib. Moskvadakı bənzərlər teatrı tərəfindən ölkə rəhbərlərinin bənzərləri şousu üçün mayda İrana dəvət edilən Asif Mustafayevə İran sərhədlərini keçdiyi anda həbs olunacağı bildirilib.AZXEBER.COM-un ANS-ə istinadən verdiyi xəbərə görə, Asif Mustafayevin sözlərinə görə, bunun səbəbi İranın Birləşmiş Ştatlarla münasibətləridir. “Moskva bənzərlər teatrı irana gedəcəyim üçün mənə cangüdən veriləcəyini demişdi. Lakin İran tərəfindən mənim ölkəyə girəcəyim təqdirdə həbs olunacağım bildirildi. Bu sadəcə olaraq oxşarların iştirak etdiyi bir şoudur. İran tərəfindən isə bu məsələ siyasiləşdirilir”.Qəbələ şəhərində yaşayan və əslində rəssam olan Asif Mustafayev son vaxtlar siyasətlə də maraqlanmağa başlayıb. Hazırda o, siyasi partiyaların birində ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışır.Xatırladaq ki, Moskvada məşhurların bənzəri müsabiqəsində iştirak edən Asif Mustafayev Obamaya oxşarlığı ilə 44 iştirakçı arasında birinci seçilmişdi.
OXŞAR XƏBƏRLƏR