İran bu ölkələrin səfirlərini çağırdı

DÜNYA
23:37 03.10.2024
398
İran Xarici İşlər Nazirliyi Almaniya və Avstriya səfirlərini çağırıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda "Mehr” agentliyi məlumat yayıb.

"Almaniya səfiri Markus Petzel və Avstriya səfiri Ditrix Heim fərdi qaydada Xarici İşlər Nazirliyinə çağırılıb”, - İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, ötən gün Almaniya və Avstriya xarici işlər nazirlikləri İranın İsrailə raket hücumları ilə bağlı İran səfirlərini çağırıb.
OXŞAR XƏBƏRLƏR