Böyük Britaniya hökuməti Londondakı İran səfirliyinin dərhal bağlanmasına qərar veribBöyük Britaniya hökuməti Londondakı İran səfirliyinin dərhal bağlanmasına qərar verib. Bütün İran diplomatlarına 48 saat içində Böyük Britaniyanı tərk etmək göstərişi verilib. Bunu Britaniya parlamentində çıxış edən xarici işlər naziri Uilyam Heyq bəyan edib. "Əgər hansısa ölkə bizi öz torpaqlarında işləmək imkanından məhrum edirsə, o, buradakı səfirliyinin fəaliyyət göstərməsinə ümid edə bilməz", - deyə Uilyam Heyq bildirib.