İran dünyaya meydan oxudu

İran dünyaya meydan oxudu
Bütün Xəbərlər
13:38 02.01.2012
1622
İran Bəsrə körfəzindəki 10 günlük dəniz təlimlərini güc nümayişinə çevirib. Təlimlərin son günündə daha iki uzaq mənzilli raket sınağı həyata keçirilib. İran ordusu "Qadir" və "Nur" adlı uzaqmənzilli raketlərin uğurla sınaqdan keçirildiyini bəyan edib. Yer-dəniz raketlərinin Bəsrə körfəzində müəyyən edilən hədəfləri vurduğu açıqlanıb. Tamamilə yerli istehsal olan orta və uzaqmənzilli raketlərin sınaqdan keçirildiyi təlim Qərbin Tehranı nüvə proqramından daşındırmaq üçün sanksiyaları artırdığı, İranın isə nüvə yanacağı çubuğu istehsal etdiyini açıqladığı dövrə təsadüf etməsi ilə daha çox diqqət çəkib.
OXŞAR XƏBƏRLƏR