İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı
DÜNYA
21:22 08.06.2026
272
İran hakimiyyəti ölkənin hava məkanında tətbiq edilmiş bütün uçuş məhdudiyyətlərini aradan qaldırıb.
Bu barədə İranın Mülki Aviasiya Təşkilatı rəsmi açıqlama yayıb.
"Zəruri koordinasiya işləri aparıldıqdan və uçuşlar üçün təhlükəsiz şərait təmin edildikdən sonra bütün məhdudiyyətlər ləğv olunub. Ölkənin aviasiya fəaliyyəti mövcud plana uyğun olaraq mərhələli şəkildə normal iş rejiminə qayıdır", - deyə qurumun bəyanatında bildirilir.