İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
DÜNYA
20:35 17.10.2026
247
Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib.

"İran son iki il ərzində xoş niyyətlə danışıqlar aparıb, lakin hər dəfə diplomatiya ilə deyil, hərbi hücumla üzləşib. Bu vəziyyət təkrarlanmayacağına dair etibarlı təminatlar olmadan danışıqların bərpasına münasibətdə dərin etimadsızlıq yaradıb. Bununla belə, İran dialoq qapısını açıq saxlayıb. Qətər vasitəsilə konkret yeddi günlük plan təqdim etdik və bildirdik ki, zəruri şərtlər təmin olunarsa, boğaz yenidən açıla və normal dəniz nəqliyyatı yeddi gün ərzində bərpa edilə bilər. İndi seçim ABŞ-nin qarşısındadır", - deyə o əlavə edib.
 
///report///

OXŞAR XƏBƏRLƏR