İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır

İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
SOSİAL
16:38 20.03.2026
687
İran Hörmüz boğazından keçən gəmilər üçün yeni yoxlama və qeydiyyat sistemi hazırlayır.



Al Jazeera-nın məlumatıa görə, Lloyd’s List-in xəbərinə əsasən, bu addım İranın strateji əhəmiyyətə malik bu yolunda "seçici” blokadaya keçməsi ilə bağlıdır.

Dənizçilik üzrə xəbər və analiz xidməti bildirib ki, Hindistan, Pakistan, İraq, Malayziya və Çin daxil olmaqla bir sıra ölkələr boğazdan keçid üçün Tehranla birbaşa danışıqlar aparır. Gəmilərin keçidinə indiyədək fərdi qaydada icazə verilsə də, hazırda İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yeni yoxlama və qeydiyyat sistemi hazırlanır.

Məlumata görə, əvvəlcədən təsdiqlənmiş marşrutdan istifadə etmək istəyən gəmilər keçid etməzdən əvvəl gəminin sahibi və yükün təyinatı barədə geniş məlumatları SEPAH-a təqdim etməlidir. Bu məlumatlar İranla əlaqəli şəxslər vasitəsilə, ölkə xaricindən ötürülür.

Bu həftə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, boğaz "açıqdır, lakin düşmənlərimiz üçün bağlıdır”. Bu açıqlama SEPAH-ın daha əvvəl boğazdan keçməyə çalışan hər hansı gəminin yandırılacağı ilə bağlı sərt bəyanatlarından nisbətən yumşaq mövqeyə keçid kimi qiymətləndirilir.

Məlumata görə, ABŞ və İsrailin üç həftə əvvəl İrana qarşı müharibəyə başlamasından sonra Hörmüz boğazından keçən gəmi trafiki 95 faiz azalıb. Bu vəziyyət qlobal enerji bazarlarına ciddi təsir göstərib. Dünyada daşınan neftin təxminən beşdə biri məhz bu boğazdan keçir və o, Fars körfəzi ilə Oman körfəzini birləşdirir.

Dəniz nəqliyyatı məlumatları göstərir ki, blokada başladıqdan sonra az sayda gəmi boğazdan keçə bilib və bunların əksəriyyəti Pakistan, Hindistan və ya Çin bayrağı altında üzən gəmilər olub. Lakin son dövrlərdə hücum riskinin artması səbəbindən bu keçidlər daha da azalıb. Bəzi gəmilər avtomatik identifikasiya sistemlərini (AIS) söndürməyə məcbur olub, digərləri isə İran rəsmilərinə Çinlə bağlı məlumatlarını təqdim edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR
18:21 05.11.2026
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR
Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək
17:53 05.11.2026
Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək
Aİ Ukraynaya 4,36 milyard avro köçürüb
17:47 05.11.2026
Aİ Ukraynaya 4,36 milyard avro köçürüb
Türkiyə MN: Sərhəddə əsgərin öldüyü hadisədə atəşin İrandan açıldığı ehtimal edilir
17:40 05.11.2026
Türkiyə MN: Sərhəddə əsgərin öldüyü hadisədə atəşin İrandan açıldığı ehtimal edilir