İran-İsrail gərginliyi hava yolu nəqliyyatını da sarsıdıb

İran-İsrail gərginliyi hava yolu nəqliyyatını da sarsıdıb
DÜNYA
11:58 15.04.2024
116
İranın İsrailə hücumundan sonra hava yolları Yaxın Şərqdə yeni nəqliyyat problemləri ilə üzləşib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranın İsrailə raket və pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra Avropa və Asiya arasında hava yolu şirkətlərinin istifadə etdiyi nəqliyyat dəhlizlərinin sayı azalıb və uçuşlarda fasilələr yaranıb.

İranın 300-dən çox raket və PUA ilə İsrailə hücumu aviasiya sənayesində xaosa səbəb olub.
 
İrandan göndərilən raket və PUA-ların əksəriyyəti İsrailin ABŞ-nin dəstəklədiyi müdafiə sistemi tərəfindən vurulub.
 
Avstraliyanın Qantas, Almaniyanın Lufthansa, ABŞ-nin United Airlines və Air India kimi onlarla aviaşirkəti son iki gündə bir çox reysləri ləğv edib və ya marşrutunu dəyişməli olub.

Ayşən

OXŞAR XƏBƏRLƏR