İran mayın 11-də Omanda ABŞ-la danışıqlar aparmağa razılaşıb

İran mayın 11-də Omanda ABŞ-la danışıqlar aparmağa razılaşıb
DÜNYA
19:23 09.05.2025
651
İran ABŞ ilə əvvəllər təxirə salınmış nüvə müzakirələrinin dördüncü raundunu Omanda keçirməyə razılaşıb.

Bu barədə "Tasnim” agentliyi məlumat yayıb.

Nəşr qeyd edib ki, İranın danışıqlar qrupunun üzvü bu xəbəri təsdiqləyib.

Bundan əvvəl bildirilib ki, İran və ABŞ nümayəndə heyətləri arasında Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həllinə həsr olunmuş danışıqların dördüncü raundu mayın 11-də Omanın paytaxtı Maskatda baş tutacaq.
 
/Report
OXŞAR XƏBƏRLƏR