İran məhkəməsi 15 azərbaycanlı haqda həbs qərarı çıxardı

İran məhkəməsi 15 azərbaycanlı haqda həbs qərarı çıxardı
Bütün Xəbərlər
01:40 13.09.2011
1611
Xəbər verdiyimiz kimi, avqust ayının 24-də Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı təxminən 30 nəfər azərbaycanlı fəal saxlanılmışdı. AZXEBER.COM günaz tv-yə sistinadən xəbər verir ki, saxlanılan azərbaycanlı fəalların 15 nəfəri, yaxalandıqları gündən bir neçə gün sonra Təbrizin mərkəzi zindanına, qalanları isə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına aparılmışdı.Dünən (sentyabrın 11-i) Təbrizin İnqilab Məhkəməsi zindana göndərilmiş 15 nəfər azərbaycanlı fəal barədə həbs qərarı çıxarıb. Məhkəmə hökmünə görə, sözü gedən 15 nəfər azərbaycanlı fəala (Qadir Növruzi, Məhəmməd Əlimuradi, Mehdi Mühaciri, Əli Şirnak, Fərzad Məhdəvi, İlqar Kərimi, Mustafa Əvəzpur, Abdullah Səduqi, Yasir Salmani Rzayi, Yusif Sələhşur, Əhməd Əlizadə) 4 ay həbs cəzası kəsilib.
OXŞAR XƏBƏRLƏR