İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı

İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
DÜNYA
23:21 02.03.2026
1161
İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (MAQATE) səfiri Rza Nəcəfi ABŞ və İsrail hərbi hava qüvvələrinin ölkənin strateji əhəmiyyətli Nətənz nüvə kompleksini hədəf aldığını bildirib.

AZXEBER.COM "The New York Times”a istinadən xəbər verir ki, Vyanada jurnalistlərə açıqlama verən Nəcəfi Qərbin "nüvə silahı” iddialarını yalan adlandıraraq, dinc məqsədlərlə qorunan obyektlərin dünən yenidən zərbələrə məruz qaldığını iddia edib.

O, söhbətin məhz uranın zənginləşdirilməsi mərkəzi kimi tanınan Nətənzdən getdiyini xüsusi vurğulayıb.

Nəşr yazır ki, İran tərəfinin iddiaları MAQATE-nin rəhbəri Rafael Qrossinin bəyanatı ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, Qrossi İdarə Heyətinin xüsusi iclasında bildirib ki, agentlikdə indiyə qədər Buşehr AES, Tehran Tədqiqat Reaktoru və ya digər nüvə qurğularının zədələnməsinə dair heç bir rəsmi məlumat yoxdur.

Qeyd edək ki, paytaxt Tehrandan 220 kilometr cənubda yerləşən Nətənz kompleksi İranın nüvə proqramının "ürəyi” hesab olunur. İsrail və ABŞ-nin ötən ilin iyun ayındakı hücumları nəticəsində obyektdəki yerüstü binalar və yeraltı bunkerlər ciddi ziyan görmüşdü.

Xatırladaq ki, bundan öncə İsrailin "Kan” dövlət telekanalı ABŞ ordusunun İsfahanda yerləşən nüvə obyekti və yaxınlıqdakı aviabazaya raket zərbələri endirdiyi ilə bağlı informasiya yaymışdı.

/Qafqazinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ulduz futbolçu "Barselona"ya qayıtmağı arzulayır
20:40 02.10.2026
Ulduz futbolçu "Barselona"ya qayıtmağı arzulayır
Rusiya ordusu yenidən Kiyevdəki Cənub körpüsünü vurub
20:34 02.10.2026
Rusiya ordusu yenidən Kiyevdəki Cənub körpüsünü vurub
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
20:29 02.10.2026
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Moskva İrəvanın qərarını gözləyir - Overçukdan AÇIQLAMA
20:21 02.10.2026
Moskva İrəvanın qərarını gözləyir - Overçukdan AÇIQLAMA
Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib
20:14 02.10.2026
Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində tələbələrlə görüş keçirib
İrəvanda atışma olub, xəsarət alan var
20:08 02.10.2026
İrəvanda atışma olub, xəsarət alan var
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
20:01 02.10.2026
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb
İsrail "Flydubai" reysinin ikinci pilotunu dindirmək niyyətindədir
20:00 02.10.2026
İsrail "Flydubai" reysinin ikinci pilotunu dindirmək niyyətindədir
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb
19:58 02.10.2026
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb
ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb
19:54 02.10.2026
ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb
Rusiya Ermənistanın Aİİ-də konstruktiv işini davam etdirməsinə ümid edir
19:45 02.10.2026
Rusiya Ermənistanın Aİİ-də konstruktiv işini davam etdirməsinə ümid edir
Tramp: “İranla müharibə tezliklə başa çatacaq”
19:36 02.10.2026
Tramp: “İranla müharibə tezliklə başa çatacaq”
“Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü
19:23 02.10.2026
“Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü
ABŞ Braziliyada konsulluq xidmətlərini dayandırıb
19:10 02.10.2026
ABŞ Braziliyada konsulluq xidmətlərini dayandırıb
İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib
19:06 02.10.2026
İran Məkkə sazişi ölkələrini husilərlə siyasi dialoq qurmağı təklif edib
Kişinyov aeroportunda mina təhlükəsi ilə əlaqədar həyəcan siqnalı elan edilib
18:58 02.10.2026
Kişinyov aeroportunda mina təhlükəsi ilə əlaqədar həyəcan siqnalı elan edilib