İran nota göndərdi - Azərbaycanlılar viza aldıqdan sonra İrana daxil ola bilərlər
Bütün Xəbərlər
09:35 03.08.2012
1589
5-31 avqust 2012-ci il tarixlərində Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunacaq. AZXEBER.COM-un Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı İran İslam Respublikasının Xarici İşlər Nazirliyindən nota daxil olub. Viza rejiminin tətbiqi avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə bağlıdır.