İran Novruza yenilik qatdı

İran Novruza yenilik qatdı
Bütün Xəbərlər
23:05 07.03.2012
1202
Polis qüvvələri vətəndaşların bir yerə toplaşmasına imkan verməyəcək
Martın 7-də jurnalistlərə açıqlama verən İran hüquq mühafizə qüvvələrinin (daxili qoşunlar) komandanı İsmayıl Əhmədi Müqəddəm axır çərşənbə mərasiminin (13 mart) qarşısını alacaqlarını bildirib.“Media forum” saytının məlumatına görə, İsmayıl Əhmədi Müqəddəm deyib ki, polis qüvvələri vətəndaşların hər hansı mərasim keçirməsinə və ya bir yerə toplaşmasına imkan verməyəcək: “Polis vətəndaşların şənlənməsinə qarşı deyil. Lakin bəzi adamların bu mərasimdən sui-istifadəsini əngəlləmək üçün keçiriləcək hər hansı bir mərasimin qarşısını alacaq. Vətəndaşların asayişini pozduğuna görə tutulan şəxs Novruz bayramı tətilinin son gününə qədər həbsdə saxlanacaq”.
OXŞAR XƏBƏRLƏR