İran polad məhsullarının ixracını qadağan edib

İran polad məhsullarının ixracını qadağan edib
DÜNYA
18:02 28.04.2026
293
İran İslam Respublikasının Gömrük Xidməti polad məhsullarının ixracına qadağa qoyub.

Bununla bağlı təlimat aidiyyəti qurumlara göndərilib.

Qeyd edək ki, ABŞ və İsrailin İranla son müharibəsi zamanı ölkənin iri sənaye obyektləri, xüsusilə Foolad Mobarakeh Esfahan və Foolad Khuzestan kimi böyük metallurgiya müəssisələri ciddi zərər görüb. Rəsmi statistikaya əsasən, İran dünyada polad istehsalına görə 10-cu yeri tutur və ötən il ölkədə 32 milyon ton polad istehsal edilib.
OXŞAR XƏBƏRLƏR