İran prezidentinin ABŞ-a səfər tarixi açıqlandı

DÜNYA
08:09 17.09.2012
1621
İran prezidenti Mahmud Əhmədinejad ABŞ-a sentyabrın 20-22 aralığında gedəcək.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin baş direktoru Məhəmmədrza Furkani açıqlama verib. Onun sözlərinə görə, İran prezidenti Nyu-Yorka BMT Baş Assambleyasının 67-ci yığıncağında iştirak edəcək: “Viza ilə bağlı heç bir çətinlik yoxdur. Prezident və onu müşayiət edəcək nümayəndə heyətinə çərşənbə axşamı viza veriləcəyi bildirilib”.
Qeyd edək ki, M. Əhmədinejad indiyədək 7 dəfə BMT BMT Baş Assambleyasının yığıncağında iştirak edib. Bu onun prezidentliyinin son ilində ABŞ-a səkkizinci səfəri olacaq.

OXŞAR XƏBƏRLƏR