İranın prezidentinin köməkçisi Məsumə Ebtekar koronavirusa yoluxub.
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, onun analizinin nəticələri müsbət çıxıb və karantinə alınıb.
M.Ebterkar İran prezidentinin qadın və ailə məsələləri üzrə müavinidir.
O açıqlamasında deyib: "İnanıram ki, mən və koronavirusa tutulan hər kəs tezliklə sağalacaq. Həyəcanlı bir şey yoxdur.
Qeyd edək ki, rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.
Eyni zamanda İranda səhiyyə nazirinin müavini və iki millət vəkili də koronavirus daşıyıcısıdır.