İran Rusiyadan həmin dronları istədi

İran Rusiyadan həmin dronları istədi
DÜNYA
14:17 13.09.2026
198

İran İsrail və ABŞ-yə qarşı müharibədə istifadə etmək üçün Rusiyadan yeni reaksiya mühərrikli "Geran-4” və "Geran-5” dronlarını tələb edib.


AZXEBER.COM "Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə qərb təhlükəsizlik mütəxəssisləri və mənbələr məlumat yayıb.
 
Bildirilir ki, Rusiyanın pilotsuz uçuş aparatları sahəsindəki imkanları o dərəcədə təkmilləşib ki, Tehran ABŞ və İsrailə qarşı hərbi əməliyyatlarda üstünlük qazanmaq üçün Moskvadan ən son nəsil "Geran” dronlarını istəyib. Nəşrin yazır ki, məhz bu reaktiv mühərrikli yeni PUA-lar Ukrayna səmasında döyüşlərin gedişatını kökündən dəyişib. "New York Times” (NYT) isə həmin dronların Kiyev üçün ən ciddi hərbi təhlükəyə çevrildiyini diqqətə çatdırıb.

Analitiklər qeyd edirlər ki, Rusiya eyni zamanda İrana səssürətli qanadlı raketlərin işlənib hazırlanmasında da dəstək verir. Lakin ABŞ Prezidenti Donald Tramp iyul ayındakı açıqlamasında Rusiya və Çinin İrandakı münaqişədə birbaşa iştirakına dair sübut görmədiyini vurğulamışdı.

Xatırladaq ki, bundan əvvəl də Vaşinqton Moskva ilə Tehran arasında hərbi-texniki əməkdaşlığın dərinləşməsindən şübhələndiyini rəsmən bəyan etmişdi.
OXŞAR XƏBƏRLƏR