İran səfiri: 'Bu hərəkətləri təxribat sayırıq'

İran səfiri:
Bütün Xəbərlər
01:15 24.04.2013
892
Azərbaycan Respublikasında seçkilərin keçirilməsi, Azərbaycan xalqının öz ölkələsinin idarəçiliyindəki oynadığı rolun göstəricisidir".İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bü gün keçirdiyi mətbuat konfransında bildirib. ANS PRESS-in İranın ölkəmizdəki səfirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, brifinqdə İran – Azərbaycan münasibətlərinə, eləcə də bu ölkədəki son cərəyanlara toxunularaq qeyd edilib ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının müxtəlif səviyyələrdə bir çox ortaqlıqları və yaxşı münasibətləri mövcuddur və bu əlaqələrin istiqamətlərini dəyərləndirmək üçün, münasibətlər bütün sahələrdə genişləndirilməlidir.Mehmanpərəst Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərinə də diqqət yetirərək, bildirib: “Azərbaycan Respublikasında seçkilərin keçirilməsi, Azərbaycan xalqının öz ölkələsinin idarəçiliyindəki oynadığı rolun göstəricisidir və biz ümid edirik ki, Azərbaycan Respublikasının xalqı seçkilərdə çox fəal iştirak edəcək. Biz qonşularımızla ən yaxşı münasibətlərdə olmağı istəyirik”.
OXŞAR XƏBƏRLƏR