İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
DÜNYA
21:00 07.10.2026
91
Fransa Xarici İşlər Nazirliyi (XİN) ölkədə şagirdlərin və məktəb işçilərinin etiraz aksiyaları ilə bağlı Tehranın dezinformasiya yayması ilə əlaqədar İran səfirini XİN-ə çağırıb.

"France24" xəbər verir ki, bu barədə Fransa XİN-in mətbuat katibi Paskal Konfavrönün bəyanatında bildirilib.

"Səfirə İran Xarici İşlər Nazirliyinin rəsmi hesabları vasitəsilə internetdə yalan məzmunun yayılmasının tamamilə qəbuledilməz olduğu bildirilib", - bəyanatda vurğulanıb.

O, həmçinin qeyd edib ki, Fransa səfirinin oktyabrın 6-da İran XİN-ə çağırılması əsassız olub.

"Bu nalayiq təxribatlara son qoyulmalıdır", - Konfavrö deyib.

Daha əvvəl Fransanın Tehrandakı səfiri Pyer Koşar, Fransa hakimiyyətinin etiraz edən şagirdlərə və məktəb işçilərinə qarşı sərt addımlarının insan hüquqlarının pozulması kimi qiymətləndirilməsi ilə əlaqədar İran XİN-ə çağırılıb.
 
///report///
OXŞAR XƏBƏRLƏR