İran səfiri: "Ölkəmizdən Qarabağa tikinti materialı gətirmək ucuz olacaq"

İran səfiri: "Ölkəmizdən Qarabağa tikinti materialı gətirmək ucuz olacaq"
SİYASƏT
19:41 21.06.2021
580
"İran şirkətləri Qarabağda bərpa işlərinə 100 milyonlarla ABŞ dolları investisiya qoymağa hazırdır”.

BAKU.WS xəbər verir ki, bunu "Report”a açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

"Qarabağı vacib hesab edirik və müasir bir regiona çevrilməsini arzulayırıq. Əvvəllər bildirdiyimiz kimi, Qarabağ islam torpağıdır, buna görə də İran həm I, həm də II Qarabağ müharibəsində Azərbaycanın yanında olub. Çox istəyirik ki, bu torpaqlar abad olsun. İranın böyük şirkətləri işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətlərini genişləndirmək istəyirlər. İranın infrastruktur layihələrində fəaliyyət göstərən şirkətləri bərpa prosesində iştirak etməyə hazırdılar və maraqlıdırlar", - deyə o qeyd edib.

"İran Qarabağ regionuna çox yaxın məsafədə yerləşir. Bizim ölkədən azad edilmiş ərazilərə tikinti materiallarının gətirilməsi çox ucuz başa gələcək. İran Qarabağın bərpası üçün müxtəlif növ tikinti daşlarının, boruların, keramika piltələrinin və s. bu kimi tikinti materiallarının ixracını həyata keçirməyə hazırdır”, - deyə səfir əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, ölkəsi Qarabağın minalardan təmizlənməsinə də dəstək verməyə hazırdır: "İranın minalardan təmizləmə üzrə şirkətləri azad edilmiş ərazilərdə işlərə kömək etməyə hazırdır. Onlar sözügedən ərazilərdə minalardan təmizlənmə prosesində iştirakla bağlı razılıqlarını ifadə ediblər. Yaxın günlərdə bu şirkətlərin azad edilmiş ərazilərin minalardan təmizlənmə prosesində iştirakı müzakirə ediləcək”.

Xatırladaq ki, bir müddət əvvəl İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qarabağda xarici investorların iştirak edəcəyi layihələr üzərində iş aparıldığını bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Suriya İordaniya HHQ-nin zərbələri nəticəsində beş nəfərin öldüyünü bildirib
05:38 27.10.2026
Suriya İordaniya HHQ-nin zərbələri nəticəsində beş nəfərin öldüyünü bildirib
Mişel Barnye: Ölkəmiz böhranın astanasındadır
05:28 27.10.2026
Mişel Barnye: Ölkəmiz böhranın astanasındadır
FSB Cənubi Qafqaz ölkələrindən birində olduğunu bildirdiyi şəxsə cinayət işi açdı
05:16 27.10.2026
FSB Cənubi Qafqaz ölkələrindən birində olduğunu bildirdiyi şəxsə cinayət işi açdı
İranla sərhədin açılmasını tələb edən İraq rəsmisi həbs edildi
05:06 27.10.2026
İranla sərhədin açılmasını tələb edən İraq rəsmisi həbs edildi
Türkiyədə "Altınbaş Holdinq"in sahibi həbs olundu
04:56 27.10.2026
Türkiyədə "Altınbaş Holdinq"in sahibi həbs olundu
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
04:43 27.10.2026
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Rusiya Kiyevə raket zərbəsi endirib, ölən və yaralananlar var
04:33 27.10.2026
Rusiya Kiyevə raket zərbəsi endirib, ölən və yaralananlar var
Bu tarixlərdə maqnit qasırğaları olacaq
04:23 27.10.2026
Bu tarixlərdə maqnit qasırğaları olacaq
İspaniya millisinin qapıçısı ilin ən yaxşısı adına layiq görüldü
04:14 27.10.2026
İspaniya millisinin qapıçısı ilin ən yaxşısı adına layiq görüldü
Əraqçi Avropadakı etirazları enerji böhranı ilə əlaqələndirib
04:03 27.10.2026
Əraqçi Avropadakı etirazları enerji böhranı ilə əlaqələndirib
Rusiya BMT-nin bu nəticələrini qəbul etmədi
03:50 27.10.2026
Rusiya BMT-nin bu nəticələrini qəbul etmədi
Zelenskinin istefası sülh üçün əsas şərt kimi irəli sürüldü
03:40 27.10.2026
Zelenskinin istefası sülh üçün əsas şərt kimi irəli sürüldü
Avropa Parlamenti: Serbiyadakı dəyişiklik Gürcüstanda da baş verəcək
03:30 27.10.2026
Avropa Parlamenti: Serbiyadakı dəyişiklik Gürcüstanda da baş verəcək
Terror aktı törətməkdə təqsirləndirilən şəxs şizofreniyadan müalicə alırmış
03:20 27.10.2026
Terror aktı törətməkdə təqsirləndirilən şəxs şizofreniyadan müalicə alırmış
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
03:10 27.10.2026
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Vağzallarda alkoqol qadağasını pozan beş minə yaxın şəxs aşkarlanıb
03:00 27.10.2026
Vağzallarda alkoqol qadağasını pozan beş minə yaxın şəxs aşkarlanıb