İran səfirinin müavini Bakıda qəzaya düşdü

İran səfirinin müavini Bakıda qəzaya düşdü
Bütün Xəbərlər
15:55 11.11.2015
792
Faktla bağlı araşdırma aparılır.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin vəzifəli əməkdaşı Bakıda avtomobil qəzasına düşüb.
AZXEBER.COM  “Report”-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.
Belə ki, Nobel prospektində Bakı şəhər sakini 1990-cı il təvəllüdlü İlkin Abdullayev idarə etdiyi “KİA” markalı avtomobillə İran səfirinin müavini, səfirliyin mədəniyyət müşaviri, 1974-cü il təvəllüdlü Əlirza Behbudinin idarə etdiyi səfirliyə məxsus “Peugeot Pars” markalı avtomobili arxadan vurub.
Nəticədə səfir müavininin idarə etdiyi avtomobil qarşıda hərəkət edən 1981-ci il təvəllüdlü Əsədulla Səmədovun sürdüyü BMW markalı avtomobilə dəyib. Qəza nəticəsində hər üç avtomobil əzilib, ağır xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR