İran səfirliyi qarşısında növbəti aksiya

İran səfirliyi qarşısında növbəti aksiya
Bütün Xəbərlər
12:19 28.12.2011
1533

Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) üzvləri İranın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçiriblər.

APA-nın xəbərinə görə, piket İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfərinə,işğalçı ölkə ilə iqtisadi-siyasi anlaşmaya getməsinə etiraz əlaməti olaraq təşkil edilib. Piketdə “Əhmədinejad - müsəlmanların düşməni!”, “Rus, fars, erməni - bunlar türkün düşməni!”, “Ermənistanla anlaşmaya gedən Əhmədinejad, sən müsəlmansan!” və s. şüarlar səsləndirilib.Aksiyanın qətnaməsi oxunub. Daha sonra qətnamə səfirliyə təqdim olunub.

OXŞAR XƏBƏRLƏR