İran televiziyası Azərbaycan türklərini belə təhqir etdi - VİDEO

İran televiziyası Azərbaycan türklərini belə təhqir etdi -  VİDEO
SİYASƏT
16:45 09.11.2015
4501
Noyabrın 6-da İranın dövlət telekanalının uşaqlara məxsus “Fitilə” adlı proqramında türklərin təhqir edilməsinə qarşı təpkilər İran televiziyası məsullarının üzr istəməsinə baxmayaraq genişlənərək davam etməkdədir.Bu haqda İranın rəsmi xəbər agentlikləri və Azərbaycan vilayətlərində yayılan internet qəzetləri ətraflı məlumat yayırlar.Cümə günü - noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.Verilişin yayılmasından sonra Azərbaycan vilayətlərində başlanan təpkilərin genişlənib kəskinləşməsi nəticəsində siyasətçilər və millət vəkilləri İran dövlət televiziyasına etiraz bildirərək məsulların üzr istəməsini tələb ediblər.Bu istiqamətdə Şərqi Azərbaycan valisi, Təbriz, Urmiyə, Ərdəbil, Xalxal, Sərəskənd (Həştrud) və Mərənd kimi şəhərlərin millət vəkilləri, eləcə də müxtəlif Azərbaycan şəhərlərinin şura üzvləri və digər tanınmış şəxsiyyətlər ayrı açıqlamalar və etiraz bəyanatları yayıblar.Toplum, mədəni fəallar, tanınmış sənətçilər, futbolçular və millət vəkillərinin sərt reaksiyalarından sonra İranın dövlət televiziyasının ictimai əlaqələr bürosu “Fitilə” verilişinin yayımının dayandırılmasını bildirsə də təpki və etiraz artaraq davam etməkdədir.Təbriz millət vəkili Məhəmməd İsmayıl Səidi yerli media ilə müsahibədə İran telekanalında türklərin təhqir edilməsinin qəsdən həyata keçirildiyini ifadə edib.Sosial şəbəkələrin güneyli istifadəçiləri İran televiziyası məsullarının üzrünün səmimi olmadığını, yaydığı bəyanatda türk yerinə “azəri” ifadəsi işlədərək təhqir etməyə davam etdiyini önə çəkirlər. Güneyli fəallar bu növ proqramların yayımını İranda türklərə qarşı sistemli irqçilik siyasətinin bir hissəsi olduğunu vurğulayırlar ("Amerikanın səsi").
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
18:13 25.05.2025
Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
“Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var”
18:01 25.05.2025
“Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var”
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
17:48 25.05.2025
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
17:32 25.05.2025
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb