İranlı mütəxəssislər termonüvə reaktoru yaradıblar. Reaktor yaxın vaxtlarda fəaliyyətə başlayacaq.
Bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.
O bildirib ki, qurğudan tibb və elektroenergetika sahələrində də istifadə olunacaq.
İslami hansı növ termonüvə qurğusu yaradıldığını dəqiqləşdirməyib.
O, reaktorun fəaliyyətə başlayacağı dəqiq tarixi də açıqlamayıb.
///axar.az











































