Qızıl mədənində uçqun olub, ölənlər və yaralananlar var

Qızıl mədənində uçqun olub, ölənlər və yaralananlar var
DÜNYA
04:20 16.11.2026
39
Əfqanıstanın şimalındakı Bədəxşan əyalətində şaxtanın uçması nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Sinxua" agentliyinə regional polis nümayəndəsi Ehsanulla Kamqar məlumat verib.

Bildirilib ki, hadisə Arqancxva rayonunda bir qrup qızıl hasilatçısının mədəndə işlədiyi zaman baş verib.

Kamqarın sözlərinə görə, əyalət hakimiyyəti yaralıları helikopterlə əyalətin paytaxtı Feyzabad şəhərindəki xəstəxanaya çatdırıb.

OXŞAR XƏBƏRLƏR