Pentagonun UNO sirri açıldı

Pentagonun UNO sirri açıldı
DÜNYA
02:03 16.11.2026
53
ABŞ mətbuatı Pentaqon rəsmilərinin UNO (uçan naməlum obyektlər) və yadplanetlilərlə bağlı bəzi iddiaları özlərinin yayaraq gücləndirdiyini üzə çıxarıb.

Məqsəd əslində mövcud olan gizli silah proqramlarını ört-basdır etmək olub.

"The Wall Street Journal”ın araşdırmasına görə, bu dezinformasiya kampaniyasının izləri 1980-ci illərə gedib çıxır. Həmin dövrdə ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Nevada səhrasındakı məxfi "51-ci zona”nın yaxınlığında yerləşən bara uçan boşqablara bənzər obyektlərin saxta fotolarını verib. Fotolar əsasında ABŞ ordusunun yadplanetli texnologiyaları sınaqdan keçirdiyi barədə şayiələr yayılıb.

Lakin sonradan məlum olub ki, fotoların yayılması məqsədli dezinformasiya əməliyyatının bir hissəsi imiş. Polkovnik 2023-cü ildə Pentaqonda araşdırma aparan şəxslərə bunu etiraf edib. Əslində, "51-ci zona”da ABŞ Hərbi Hava Qüvvələri Sovet İttifaqına qarşı üstünlük əldə etmək məqsədilə məxfi "F-117” döyüş təyyarələrini hazırlayırmış. Hərbçilər sınaq uçuşlarının yerli sakinlər tərəfindən görülməsinin proqramı ifşa edə biləcəyindən ehtiyat edərək insanların təyyarələri UNO hesab etməsinə şərait yaradıblar.

Araşdırmada bildirilir ki, ABŞ rəsmiləri bənzər üsullardan 1950-ci illərdən etibarən istifadə ediblər. Bəzi hallarda UNO-larla bağlı şayiələrin yayılmasına milli təhlükəsizlik maraqları naminə icazə verilib. Məqsədlərdən biri də Sovet İttifaqının ABŞ-ın nüvə obyektlərinin zəif tərəflərini müəyyənləşdirməsinin qarşısını almaq olub.

Hazırda araşdırma aparan şəxslər bu dezinformasiya fəaliyyətinin ayrı-ayrı hərbi komandirlərin təşəbbüsü, yoxsa mərkəzləşdirilmiş dövlət proqramının tərkib hissəsi olduğunu müəyyənləşdirməyə çalışırlar.
 
///lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pentagonun UNO sirri açıldı
02:03 16.11.2026
Pentagonun UNO sirri açıldı
Husilər Ər-Riyada ballistik raketlərlə zərbə endirdilər
01:53 16.11.2026
Husilər Ər-Riyada ballistik raketlərlə zərbə endirdilər
Cüdoçumuz qızıl medal qazandı
01:43 16.11.2026
Cüdoçumuz qızıl medal qazandı
Heydər Əliyev Sarayında Azərbaycan Radiosu və Televiziyasının yubiley konserti təşkil olunub
01:33 16.11.2026
Heydər Əliyev Sarayında Azərbaycan Radiosu və Televiziyasının yubiley konserti təşkil olunub
"Mossad"ın Türkiyədə iranlı generalı oğurlayaraq öldürdüyü iddia olunur
01:23 16.11.2026
"Mossad"ın Türkiyədə iranlı generalı oğurlayaraq öldürdüyü iddia olunur
Azərbaycanda taksi xidmətləri bahalaşacaq? - Video
01:13 16.11.2026
Azərbaycanda taksi xidmətləri bahalaşacaq? - Video
Tramp və məşhur şirkətləri hədəfə alan kiberhücumla bağlı "Bitly" xidmətindən açıqlama
01:03 16.11.2026
Tramp və məşhur şirkətləri hədəfə alan kiberhücumla bağlı "Bitly" xidmətindən açıqlama
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
00:56 16.11.2026
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib
00:50 16.11.2026
Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib
Suraxanıda maşın yandı
00:43 16.11.2026
Suraxanıda maşın yandı
Sehrbaz yenidən səhnədə: Ronaldinyo 11 ildən sonra futbola qayıtdı
00:36 16.11.2026
Sehrbaz yenidən səhnədə: Ronaldinyo 11 ildən sonra futbola qayıtdı
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüat
00:30 16.11.2026
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüat
450 min nəfər küçələrə axışdı: Son 37 ilin ən böyük etiraz aksiyası
00:23 16.11.2026
450 min nəfər küçələrə axışdı: Son 37 ilin ən böyük etiraz aksiyası
Bir sıra məşhur şəxslərin və şirkətlərin "X" hesabları haker hücumuna məruz qalıb
00:16 16.11.2026
Bir sıra məşhur şəxslərin və şirkətlərin "X" hesabları haker hücumuna məruz qalıb
Şəkidə qaz çəkilişi yarımçıq qaldı, sakinlər çətin vəziyyətə düşdülər - Video
00:10 16.11.2026
Şəkidə qaz çəkilişi yarımçıq qaldı, sakinlər çətin vəziyyətə düşdülər - Video
Marketlərdə satılan doğranmış meyvələrlə bağlı həyəcan təbili
00:06 16.11.2026
Marketlərdə satılan doğranmış meyvələrlə bağlı həyəcan təbili