Bu il sentyabrın 20-dən etibarən Naxçıvan Muxtar Respublikasına səfər edən İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş keçidin tətbiqinə başlanılıb.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğundan verilən məlumata əsasən, indi İran vətəndaşları Naxçıvana sərhəd-keçid məntəqələrində 10 avro müqabilində rəsmiləşdirilən və muxtar respublika ərazisində 15 gün qalmaq hüququ verən giriş icazəsi əsasında səfər edə bilərlər.Viza yalnız Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə səfər etmək hüququ verir.