İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
DÜNYA
11:28 27.06.2026
753
İran XİN: ABŞ-ın hücumları 18 iyun memorandumunun pozulmasıdır

AZXEBER.COM APA-nın Tehran bürosuna istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi ABŞ-ın bu gün axşam saatlarında ölkənin cənubundakı sahil nəzarəti obyektlərinə endirdiyi hava zərbələrini pisləyib və bunu BMT Nizamnaməsinin, eləcə də iyunun 18-də imzalanmış müharibənin dayandırılması haqqında memorandumun pozulması kimi qiymətləndirib. Nazirlik eyni zamanda İsrailin Livana eyni vaxtda həyata keçirdiyi hücumların da həmin razılaşmanın pozulması olduğunu bildirib.

Bəyanatda vurğulanıb ki, İran qanuni özünümüdafiə hüququ əsasında öz suverenliyini və təhlükəsizliyini qoruyur və İran Silahlı Qüvvələrinin ABŞ qüvvələri ilə əlaqəli hədəflərə endirdiyi zərbələr də bu çərçivədə həyata keçirilib. Həmçinin ABŞ və onunla əməkdaşlıq edən tərəflərin bu hadisələrin nəticələrinə görə məsuliyyət daşıdığı bildirilib.

İran Xarici İşlər Nazirliyi Fars körfəzinin cənub sahilində yerləşən ölkələri öz əraziləri və infrastrukturunun İrana qarşı istifadə olunmasına imkan verməməyə çağırıb. Nazirlik, həmçinin BMT-ni, Təhlükəsizlik Şurasını və digər beynəlxalq qurumları ABŞ-ın beynəlxalq hüququ pozduğu iddia edilən addımlarına qarşı tədbir görməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
00:44 26.09.2026
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
00:34 26.09.2026
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
00:20 26.09.2026
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
Bürclər bu günə nə deyir?
00:08 26.09.2026
Bürclər bu günə nə deyir?
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
23:59 25.09.2026
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
23:37 25.09.2026
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
23:31 25.09.2026
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
23:20 25.09.2026
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Müavinət və təqaüd alanlara mühüm xəbər
23:14 25.09.2026
Müavinət və təqaüd alanlara mühüm xəbər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
23:03 25.09.2026
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
22:52 25.09.2026
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
22:38 25.09.2026
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
Azərbaycanda dərs müddəti 30 dəqiqəyə endirilə bilər?
22:32 25.09.2026
Azərbaycanda dərs müddəti 30 dəqiqəyə endirilə bilər?