İran XİN- in Rza Zərrabla bağlı - AÇIQLAMASI

SİYASƏT
13:09 24.12.2013
1689
İran Xarici İşlər Nazirliyi Türkiyədə keçirilən korrupsiya və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs olunmuş iş adamı Rza Zərrabla bağlı açıqlama verib.

İran xarici işlər nazirinin Asiya və Sakit okean regionu üzrə müavini İbrahim Rahimpur bildirib ki, Türkiyədəki son hadisələr tək R.Zərrabla bağlı deyil: “Məsələ bu ölkədəki quruluşun pərdə arxasında cərəyan edən qarşıdurmalardan qaynaqlanır”.

Onun sözlərinə görə, soyadını Sərraf olaraq dəyişdirmiş iş adamı haqqında bəzi iddialar ortaya atılıb: “Biz mövzunu hələ araşdırdığımızdan, bir qiymətləndirmə edə bilməyəcəyik. Düzdür, İranla bağlı bəzi iqtisadi əlaqələr gündəmə gətirilib. Lakin bu məsələ Türkiyənin daxili məsələsidir. Mövzu qarmaqarışıq olduğundan, mühakimə üçün şərtlər əlverişli deyil”.

İ.Rahimpur R.Zərrabın rəsmi şəxs və dövlətlə əlaqəsi olmadığından, onun həyata keçirdiyi bank əməliyyatlarının İranla nə qədər əlaqəli olduğu haqqında məlumatlara malik olmadığını deyib: “Son bir həftədəki bütün məlumatlar medianın ortaya atdığı məlumatlardır. Ancaq həyata keçirilən həbslər mövzunun ciddiliyini göstərir”.(APA)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"