İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib

İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
DÜNYA
22:41 16.10.2026
190
"İran Səudiyyə Ərəbistanı ilə Yəmən arasında fikir ayrılıqlarının sülh yolu ilə həllinə kömək etməyə hazırdır”.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

O, Tehranın Yəmən məsələsinə dair prinsipial mövqeyini vurğulayaraq bildirib ki, İran tərəflərin müraciəti olacağı təqdirdə, Səudiyyə Ərəbistanı ilə Yəmən arasında münaqişənin dayandırılmasına kömək etmək üçün bütün imkanlarından istifadə etməyə hazırdır.

Son 12 ildə baş verən hadisələrə toxunan Bəqai qeyd edib ki, xarici müdaxilə, hərbi yanaşma və mühasirə Yəmən böhranının həlli deyil.

XİN sözçüsü Yəmənin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, ölkənin daxili işlərinə müdaxilənin dayandırmağa, habelə Yəmənə tətbiq olunan hava və dəniz mühasirəsinə son qoymağa çağırıb.

Bəqai, həmçinin İranın yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təşviq etməsi ilə bağlı iddianı rədd edərək bildirib ki, Yəmənin silahlı qüvvələri öz maraqları və qiymətləndirmələri əsasında qərar verirlər.

O, eyni zamanda, gərginliyin artmasının tərəflərdən heç birinin maraqlarına uyğun olmadığını vurğulayıb.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR