İran yoxsa İsrail: Hansı üstündür? - ARAŞDIRMA

İran yoxsa İsrail: Hansı üstündür? - ARAŞDIRMA
Bütün Xəbərlər
20:19 16.02.2012
3018
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi İrana qarşı hərbi əməliyyatların başlama perspektivlərinə dair ilkin proqnoz-təhlilini hazırlayıb. Bu təhlildə İranın İsrailə zərbə endirmək perspektivləri diqqət mərkəzində olub. Təhlildə bildirilir ki, İran və İsrai arasında coğrafi məsafə yaxınlığı (bu iki ölkə arasındakı düz xətlə məsafə təxminən 1500-1700 kilometrdir) səbəbindən tərəflərin strateji obyektləri bir-birindən təxminən 2000-2500 kilometr aralıda yerləşir. “Xəyali olaraq əgər İran İsrailin hansısa strateji obyektini sıradan çıxarmaq istəsə ona istehsal etdiyi raketlərdən birini istifadə etməsi bəs edər. Eyni zamanda İsrail tərəfinin də bu baxımdan əlverişli mövqeyə malik olduğu istisna deyil. Yəni İsrail HHM və HHQ İrandakı strateji hədəfləri asanlıqla məhv edə bilər”, - deyə bildirilir.«İran fəal şəkildə raketlərin istehsalı ilə məşğuldur. 2004-cü ildə silahlanmaya yeni, 5000 km uzaq hədəfləri məhv etməyə qadir uzaqmənzilli «Şahab-3» raketi qəbul olunub. Bundan başqa İran müxtəlif məsafədə həfədləri vura bilən “Sicil”, “Zubin”, “Təqib”, “Yasər”, “Qasid”, “Qasid 3”, “Qədr” raketləri istehsal edir.2012-ci ilin yanvar ayının əvvəlində isə İran hərbçiləri Fars boğazında keçirilən təlimlər çərçivəsində uzaq mənzilli raketi sınaqdan keçirib. Bildirilib ki, yer-dəniz tipli uzaq mənzilli raketlər İrana İsrail ərazisindəki hədəfləri vurmağa imkan yaradacaq. Bu yaxınlarda İran silahlı qüvvələri ən müasir hesab edilən “ağıllı” lazer raketini sınaqdan keçirib. Yayılan məlumatlarda qeyd edilib ki, bu raket müxtəlif hədəfləri, o cümlədən gəmi, körpü, tank müxtəlif hərbi təchizatı, qərargahları, hərəkətdə olan bütün obyektləri həddən artıq dəqiqliklə müəyyənləşdirərək məhv etmə qabiliyyətinə malikdir. Raket həmçinin çox güclü dagıdıcı qüvvəyə malik olması ilə yanaşı hədəfə çatmamışdan öncə yaxınlıqda olan digər obyektləri məhv edir və möhkəm inşa edilmiş bunkerləri darmadağın edir. Bundan başqa İran tərəfi isə müəyyən sayda MiQ-29, F-4 və F-5 təyyarələrinə malikdir. Son illərdə milli təyyarələrin, eyni zamanda pilotsuz uçan aparatların istehsalı prosesinə başlanılıb. Amma araşdırmalar göstərir ki, İranın malik olduğu HHQ və HHM sistemlərinin hazırkı təchizatı müasir döyüşün aparılması qaydalarına cavab vermir. İranda hərbi maşının təbliğatında açıq-aşkar şişirdilmə elementləri hiss olunur. Bir çox hərbi texnikalar, qırıcı təyyarələr köhnə sovet standartına uyğundur. Eyni zamanda İranın istehsal etdiyi bir sıra raketlərin döyüşlərdə uğurla sınaqdan çıxarılması təcrübəsi yoxdur və bu silahların İrana qələbə bəxş edəcəyinə dair heç İranın yerli hərbi mütəxəssislərində və ekspertlərində də arxayınlıq yoxdur.Araşdırmalar göstərir ki, Tehranın malik olduğu ballistik raketlərin keyfiyyəti və kəmiyyəti İsraildəki strateji hədəfləri əsaslı tam olaraq sıradan çıxarmağa yetərli deyil. Bəzi məlumatlara görə, İran tərəfi bu məsələdə müttəfiqlərinə - “Hizballah” və Suriyaya arxalanır. Nəzərə alınmalıdır ki, İsrail və ona dəstək verən Qərb ölkələri, xüsusilə də ABŞ İranla müqayisədə daha çox preventiv zərbə imkanlarına malikdir. İsrail də ötən ilin əvvəllərindən bu ölkə HHQ və HHM-ın inkişafı ilə bağlı yeni intensiv addımların atılmasına qərar verib. Ötən ilin noyabrın 2-də İsrail növbəti dəfə ballistik raketini sınaqdan keçirib».

“Doktrina” ekspertləri hesab edirlər ki, İran tərəfinin hədələyici bəyanatları əslində informasiya müharibəsinin bir detalıdır və anoloji bəyanatlarla İsrail tərəfi də çıxış edir. Reallıqda, cərəyan edən proseslər, Hörmüz boğazında vəziyyətin gərginləşməsi, BMT təhlükəsizlik Şurasının İranla bağlı qəbul etdiyi qərarlar, maliyyə və iqtisadi sanksiyalar onu deməyə əsas verir ki, İranın mövcud hərbi-siyasi rəhbərliyinin hədələyici bəyanatlarının reallığa çevrilməsi imkanları çox aşağıdır.

/// Milaz.info

OXŞAR XƏBƏRLƏR