İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdən zərərçəkənlərə kömək məqsədilə yardım toplayan 4 azərbaycanlı fəal həbs edilib.Meysəm Azadi, Oktay Rəşidi, Vahid Səidxani və Firudin Ağazadə Urmiya şəhərində əhalidən yardım toplayıb avqustun 15-də Vərzigana gedərkən yolda polis tərəfindən tutulub.Hazırda azərbaycanlı fəalların harada saxlanıldığın barədə məlumat yoxdur.