İranda mayın 8-dən 19-a qədər təbii fəlakət nəticəsində 20 nəfər həlak olub, 37 nəfər yaralanıb.
AZXEBER.COM trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.
M.Xalidinin sözlərinə görə, 2 nəfər sel nəticəsində, 18 nəfər ildırım vurması nəticəsində dünyasını dəyişib.