İranda azərbaycanlılar ayağa qalxdılar - VİDEO + FOTOLAR

DÜNYA
01:13 10.11.2015
2285
İranda azərbaycanlılar irqçiliyə qarşı etirazlara başlayıb
Bu gün İran Azərbaycanında yerli vaxtla təxminən 4:00 radələrində minlərlə insan bir çox şəhərdə küçələrə çıxaraq türklərə qarşı ayrıseçkilik siyasətinə etiraz ediblər. Nümayişlərin hazırda da davam edir. Etirazçılar bu günlərdə İran dövlət televiziyasında yayımlanan proqramda türklərin təhqir olunduğunu bildirir.
Təbriz, Urmu, Sulduz, Ərdəbil, Marağa, Xoy, Tehran və başqa şəhərlərdə keçirilən kütləvi aksiyalarda "Haray, haray mən türkəm", "İrqçiliyə son qoyun", "Azərbaycan milləti, çəkəmməz bu zilləti" kimi şüarlar səsləndiriblər.
Güneyli fəalların Amerikanın Səsinə verdiyi məlumata görə, polis nümayişlərə müdaxilə edib. Xüsusilə Ərdəbil və Təbriz şəhərlərində polislə qarşıdurma zamanı yaralananlar var.
Fəallar bildirir ki, etirazçılar dövlət televiziyasının birbaşa bağlı olduğu Ayətulla Əli Xameneyinin üzr istəməsini və İran Ali Məclisində irqçiliyə qarşı qanun qəbul edilməsini tələb edir. Aksiyalar hazırda davam edir. Amerikanın Səsi
OXŞAR XƏBƏRLƏR