İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi

İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
DÜNYA
22:32 10.04.2025
542
İranın İsfahan şəhərində bank işçisi hicab taxmayan qadına xidmət göstərməkdən imtina edib.

Bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videoda məcburi hicab qaydalarına əməl etmədən banka gələn qadına xidmət göstərilmədiyi görünür.

Məlumata görə, açıq geyimli qadınla bank işçisi arasında mübahisə yaranıb.

Bank işçisi bildirib ki, qadın məcburi hicab qaydalarına riayət etmədiyi üçün ona xidmət göstərməkdən imtina edib.
 
/BAKU.WS
OXŞAR XƏBƏRLƏR