İranda daha 1 411 nəfər koronavirusa yoluxub

İranda daha 1 411 nəfər koronavirusa yoluxub
DÜNYA
15:51 24.03.2020
2454
İranda koronavirusa daha 1 411 nəfər yoluxub ki, nəticədə, ölkə üzrə bu növ virusa yoluxanların ümumi sayı 23 049-a çatıb

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

O bildirib ki, İranda yeni tip koronavirusdan daha 127 nəfər ölüb: "Bununla da epidemiyadan həyatını itirənlərin sayı 1 812-ə çatıb".

K. Cahanpur 8 376 nəfərin xəstəxanada müalicə nəticəsində sağalaraq evə buraxıldığını da qeyd edib.
OXŞAR XƏBƏRLƏR