İranın İsfahan şəhərində gözəllik salonuna gecən 13 qadın xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Mehr Xəbər Agentliyinə danışan İsfahan Təcili Yardım Mərkəzinin sözçüsü Abbas Abdi məsələ ilə bağlı məlumat verib.
"İsfahan şəhərinin Mirzə Tahir küçəsində qadınların gözəllik salonunda generatorun işə salınması nəticəsində 13 qadın qazdan zəhərlənib".
İran rəsmisi qeyd edib ki, zəhərlənən qadınlar müalicə olunmaq üçün müxtəlif xəstəxanalara göndərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Gülay