İranda kimyəvi zavodda partlayış baş verdi

İranda kimyəvi zavodda partlayış baş verdi
DÜNYA
13:37 02.05.2021
445
İranın Qum şəhərində yerləşən kimyəvi zavodda yanğınla nəticələnən partlayış baş verib.

Hadisə yerli vaxtla 06:02-də (Bakı vaxtı ilə 05:32) Moldan kimya zavodundakı sənaye zonasında qeydə alınıb.

Güclü yanğından sonra bir neçə partlayış baş verib. Hadisə yerinə 150 yanğınsöndürən və canlı qüvvə cəlb edilib. Zavodun bir hissəsi boşaldılıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR