İranda "Mossad" agenti tutuldu - Avtomobilindən çıxanlar dəhşətə gətirdi

İranda "Mossad" agenti tutuldu - Avtomobilindən çıxanlar dəhşətə gətirdi
DÜNYA
12:54 19.06.2025
362
İsraillə İran arasında gərginlik artdığı bir vaxtda Tehran-Qum avtomobil yolunda "Mossad" agenti yaxalanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yaxın Şərqdə İran və İsrail arasında artan böhran təhlükəsizlik əməliyyatlarını da özü ilə gətirib. İran polisi paytaxt Tehranla Qum şəhəri arasındakı magistral yolda uzun sürən təqibdən sonra "Mossad" agentini yaxalayıb.

Şübhəli avtomobilini tərk edərək piyada qaçmağa çalışsa da, İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onun avtomobilinə ətraflı baxış zamanı seyfdə gizlədilən çoxlu sayda partlayıcı aşkar edilib.

Qeyd edək ki, ötən həftə təkcə paytaxt Tehranda İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR