İranda növbəti qadağa- Bu geyimlər satılmayacaq

İranda növbəti qadağa- Bu geyimlər satılmayacaq
Bütün Xəbərlər
01:47 02.09.2015
2093

İranda ABŞ və Böyük Britaniya bayraqlarının olduğu geyimlərin mağazalarda satışı qadağan olunub.

AZXƏBƏR.COM xəbər verir ki, bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb.

Tehran Təhlükəsizlik Xidmətinin rəhbəri Hüseyn Sacidiniya yayılan xəbərləri təsdiqləyib.

Sacidiniya eyni zamanda satanist işarələri və ona bənzər geyimlərin satışının da qadağan olunduğunu açıqlayıb.

O, bu tərz paltarları satan mağazaların bağlanılacağını bildirib.

Qeyd edək ki, İran Məhkəmə Hakimiyyəti başçısı Ayətullah Sadiq Amuli Laricani ötən gün “cəmiyyət və ailə təşkilatının dəyərlərini ortadan qaldırmağı hədəfləyən mədəni nizamsızlıqlara qarşı mübarizə edilməsi” əmrini vermişdi.

Xatırladaq ki, İran rəhbərliyi bir müddət əvvəl “Barbie” oyuncaqlarının satışını qadağan etmişdi. Həmin gəlinciklərin yerinə Sara və Dara adında “İran və İslam mədəniyyətinə uyğun” körpələr satışa çıxarılmışdı.

OXŞAR XƏBƏRLƏR