Lent.az-ın «The Guardian»-a istinadən məlumatına görə, İranda ictimai şəbəkələr, o cümlədən «Facebook» və «Twitter», veb - saytlar üzərində nəzarət güclüdür, bu sahədə senzura fəaliyyət göstərir.Bununla belə İslam Respublikasının idman və gənclər naziri Məhəmməd Abbasi bildirib ki,ər axtarmaq üçün veb-saytların fəaliyyətinə tezliklə icazə verilə bilər.Nazirin sözlərinə görə, Tehran da daxil olmaqla ölkənin bir hissəsində insanlar evlənir, bir az sonra boşanırlar:«Bu problemi həll etmək üçün biz yeni yollar aramalıyıq».