İranda təyyarə qəzasında həlak olanların ailələrinə 8400 dollar ödəniləcək

İranda təyyarə qəzasında həlak olanların ailələrinə 8400 dollar ödəniləcək
DÜNYA
15:00 12.01.2020
7778
Ukraynaya məxsus "Boeing 737-800” təyyarəsinin Tehran yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Ukrayna vətəndaşlarının ailələrinə 200 min qrivna (8400 dollara yaxın) məbləğində təzminat ödəniləcək.

AZXEBER.COM AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk videomüraciətində məlumat verib.

O bildirib ki, Ukrayna dövləti həlak olanların ailələrinə hərtərəfli dəstək, kömək, o cümlədən maddi və hüquqi yardım göstərəcək. Ukrayna diplomatları İran tərəfindən təzminatın ödənilməsi üçün danışıqlar aparır.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən "Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub. Onların arasında 11 ukraynalı – iki sərnişin və doqquz ekipaj üzvü, həmçinin 82 nəfər İran, 63 nəfər Kanada, 10 nəfər İsveç, 4 nəfər Əfqanıstan, 3 nəfər Almaniya və 3 nəfər Böyük Britaniya vətəndaşı var.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. İran Prezidenti Həsən Ruhani baş verənləri "böyük faciə və bağışlanılmaz səhv” adlandırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi
NATO rəsmisi: Razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşmasına zəmin yaradacaq
20:46 14.03.2025
NATO rəsmisi: Razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşmasına zəmin yaradacaq
Rusiya XİN: Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq
20:34 14.03.2025
Rusiya XİN: Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq